Həftəsonu Azərbaycan Premyer Liqasında 2-ci tura start veriləcək. Matc.az xəbər verir ki, "Sabah" bu turda səfərdə "Sumqayıt"la qarşılaşacaq.
 
Şənbə günü keçiriləcək matç komandalar arasında Premyer Liqada 12-ci görüş olacaq. Bu günə kimi keçirilmiş oyunların 4-də "Sabah", 5-də isə rəqib qalib gəlib. 2 görüş heç-heçə başa çatıb (top fərqi – 12-15).
 
"Sabah" səfər görüşlərində daha uğurlu çıxış edib (4 qələbə, 2 məğlubiyyət). Bu komandalar arasında Sumqayıtda baş tutmuş son matç "Sabah"ın qələbəsilə nəticələnib (2:0).
 
"Sumqayıt" – "Sabah" görüşü avqustun 21-də Sumqayıt şəhər stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest