“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Kiminsə üstünə günah atmaq fikrimiz yoxdur. Çox oyunçularla yaxınlığınız var. Aramızda olan münasibətləri də soruşa bilərsiniz. Mən bəhanə tapıb bəraət qazanmaq istəmirəm. Cavan futbolçularımız var. Onlar da belə oyunlarda səhv edəcəklər. Mən də vaxtı ilə belə səhvlər etmişəm. Futbolçulara məndən başqa heç kimin söz deməsini istəmirəm. Vüsal Əsgərov bu gün qol vurub. Sevincliyik. Onun etmədiyi şeyləri də deməliyik. Əsas odur ki, oyunçu nəticə çıxarsın. Bu gün baş məşqçiyə təzyiq var və onu söyürlər.
 
Mamadu Mbodjun Kamran Ağayevlə məsələsindən xəbərim yoxdur. Onun özünün iki barmağı sınıb və xəstəxanaya gedib. "Keşlə"yə uduzanda Mbodj oynamırdı, amma uduzduq. Ona görə məğlub oluruq deyə bilmərəm. Yer göy dağılsın, mən kimi lazım bilsəm, onu da oynadacağam. Guya mən postumdan getsəm, nə olacaq? Göndərmələri normal bir şeydir. Niyə Samir getməlidir? Getsə, hər şey düzələcəkmi? Bu şayiələri çıxaranlar var. Bundan heç vaxt narahat olmamışam, siz də narahat olmayın.
 
Ötən mövsüm qazandığımız çempionluq təsadüfi deyildi. Heç vaxt bununla razı olmaram. Rəqiblərin zəif olması mənim problemim deyil. Mən həmin vaxt güclü idim. Kiminsə hansı oyunda zəif oynaması da mənim problemim deyil, həmin matçda güclü oynamışdıq. Hər şey yaxşı olacaq. Mənim haqqımda yazan rəhbər şəxs klubda qalmağımı daha çox istəyən və mənə dəstək olan adamdır. Sağ olsun. Hazırda vəziyyət elədir ki, nöqtə transfer etməlisən. Ötən mövsümkü çıxışına görə, hamı Sezar Meza Kolli və Xəyal Nəcəfovu komandaya götürərdi. Onların zəif oynaması o demək deyil ki, üstlərindən xətt çəkilib. Durumdan özləri çıxa bilərlər. Anlayışla yanaşmağınızı istəyirəm. Bəzən deyillər ki, kimsə niyə oynamır. Amma digər komandalar haqqında danışmırlar. Futbolçulara bizdən də çox pul verən klublar var, amma adlarını çəkmirlər. Vüsal Əsgərov Mamadu Kanenin mövqeyində baş çıxarda bilməz. İrəli xəttdə istədiyini bəlkə də edə bilər. Hər oyunçuya vaxt lazımdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest