"Yuventus"un futbolçusu Leonardo Bonnuççi cərimələnib. Matc.az xəbər verir ki, italyan müdafiəçi "İnter"ə qarşı keçirdikləri superkubok matçından sonra rəqib komandanın mətbuat katibi Kristian Motsilyonu itələdiyi üçün 10 min avro məbləğində cərimələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
"Yuventus" İtaliya superkubokunda "İnter"ə 1:2 hesabıyla uduzub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest