"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Premyer Liqada 100-cü oyununu keçirib. Matc.az xəbər verir ki, onun yubileyi 28-ci turun "Neftçi" ilə matçına təsadüf edib.

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Premyer Liqada 100-cü oyununu keçirib. Matc.az xəbər verir ki, onun yubileyi 28-ci turun "Neftçi" ilə matçına təsadüf edib.
 
Qolkiper 4:1 hesablı qələbədə 85-ci topunu buraxıb.
 
Məhəmmədəliyev Premyer Liqada 2013/14 mövsümündə "Sumqayıt"ın heyətində debüt edib. O, bu komandada 33 oyunda 49, "Qarabağ"dakı 67 matçda 35 qol buraxıb.
 
Qeyd edək ki, Şahruddin 16-cı turun "Sumqayıt"la təxirə salınan matçında "Qarabağ"ın heyətində bütün turnirlər nəzərə alınmaqla 100-cü oyununu keçirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest