08 Avqust 2022, 19:47
MPL
"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 1-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.
"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 1-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Sevindiricidir ki, Premyer Liqa Tovuza qayıtdı. Stadionda möhtəşəm atmosfer var idi. "Qəbələ"dən bu cür oyun gözləyirdik. çünki daha hazırlıqlı, oturuşmuş heyətləri var. Avropa Konfrans Liqasında iştirak ediblər. çətin olacağı məlum idi. Bu il səbrli olub, komandanın təməlini qurmaq istəyirik. Heyətlə bağlı çatışmazlıqlar var".
O, matça istədikləri kimi başlaya bilmədiklərini söyləyib: "Qırmızı vərəqə isə bütün planlarımızı pozdu. İkinci hissədə qapımıza təyin olunan penalti də futbolçulara psixoloji baxımdan mənfi təsir etdi. Futbolçulara da dedim ki, ruhdan düşmək olmaz. Əlimizi yanımıza salmayacağıq. Komandamın potensialına inanıram".
Baş məşqçi yeni oyunçular gətirməkdə çətinlik çəkdiklərini etiraf edib: "Bu gün Natan Oduva da oynaya bilmədi. Hücumda ona güvənmək istəyirdik. Legionerlərə vaxt lazımdır. İstəyirik ki, komandada hər kəs inkişaf etsin. Yerli oyunçularımız çoxdur. Gənclərə də şans verəcəyik".
Mütəxəssis hazırda bir neçə legionerlə danışıq apardıqlarını vurğulayıb: "Bir hücumçu Tovuza gəlib. Sabah onunla müqavilə imzalayacağıq. Daha iki futbolçu ilə danışırıq. Büdcəmizə uyğun transfelər edəcəyik. Hücum, yarımmüdafiə və müdafiə xətti üçün 3 oyunçu düşünürürk. Bununla da transferi bitirəcəyik. Bu gün kiməsə əsas oyunçu demək olmaz. İmedi Aşortiya əsasən cinahlarda yaxşı oynayır. Onu məcburiyyətdən hücumun mərkəzində oynatdıq".
Abbasov hazırkı oyun sisteminə sadiq qalacaqlarını əlavə edib: "Yeni transferlərin gəlişindən sonra da sistemi dəyişməyəcəyik. Biz eyni sistemi oturtmaq istəyirik. Buna uyğun da transferlər edəcəyik. Yeni komandayıq, oyundan-oyuna artıracağıq".