"Qarabağ" Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi mövsümün ilk 13 oyununda qələbə qazanan ilk komanda olub.

"Qarabağ" Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi mövsümün ilk 13 oyununda qələbə qazanan ilk komanda olub.

Qurban Qurbanovun yetirmələri bunu Misli Premyer Liqasında III turdan təxirə salınan matçda rəsmiləşdirib. Ağdam təmsilçisi səfərdə "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edib.

"Qarabağ" cari çempionatadək iki dəfə mövsümə 34 xalla başlayıb. Bunadək rekord isə 1992-ci ilə 12 start qələbəsi ilə başlayan "Neftçi"yə məxsus idi. Həm bakılılar, həm də onların seriyasını dayandıran Sumqayıt "Xəzər"i ilk 13 matçda 12 qələbə qazanıb.

13 oyunda ən çox xal toplayanlar

Qarabağ

39

2022/23

Neftçi

36

1992

Xəzər S

36

1992

Neftçi

35

2000/01

Neftçi

34

1996/97

Qarabağ

34

2017/18

Qarabağ

34

2003/04

Sabah

34

2022/23

Qeyd edək ki, 1992-ci ildə qələbəyə görə 2 xal verilsə də, cədvəldə şərti olaraq 3 xal prinsipi ilə hesablanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest