"Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 14-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

"Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 14-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Komandama təşəkkür edirəm. Uşaqlar əllərindən gələni etdilər. Meydanda əsl kollektiv gördüm. Azarkeşlərə minnətdaram. Bəlkə də bu gün rekord vuruldu. Futbol belə olmalı, buna görə sevilməlidir. Qol olmasa da, müasir futbol izlədik. Azarkeş amili futbolçular üçün önəmlidir. Onlar tamaşaçılar üçün oynayırlar. Bəzən fərqli şeylər göstərməyə çalışırlar".
 
O, matçın nəticəsinin ədalətli olduğunu söyləyib: "Oyunun müəyyən məqamlarında üstünlük bizim və ya rəqibin tərəfində oldu. ümumi götürsək, heç-heçəni ədalətli nəticə sayıram. Qələbə üçün qol epizodlarında dəqiqlik çatmadı. Əlimizə bir neçə yaxşı fürsət düşsə də, istifadə edə bilmədik. Həmin epizodları dəyərləndirsəydik, hər şey fərqli ola bilərdi".
 
Rusiyalı mütəxəssis deyib ki, mövqe uğrunda mübarizə aparmaq onların ziyanına işləyə bilər: "Qarşıda kubok matçımız var. Hazırda həmin görüşə hazırlaşmalıyıq".
 
Baş məşqçi futbolçuların qələbə üçün nəzərdə tutulan mükafatı alacaqlarlarını etiraf edib.
 
Musayev matçdan sonra Qurban Qurbanovla aralarındakı söhbəti də açıqlayıb: "Ona böyük hörmətim var. Bir-birimizə baxımlı oyuna görə təşəkkür etdik. Komandalarımız barədə xoş sözlər söylədik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest