"Neftçi" - "Qəbələ" oyununda "Qəbələ"nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Neftçi" klubu 1600 manat cərimə edilib.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Premyer Liqanın 14-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
"Şamaxı" – "Sumqayıt" oyununda "Sumqayıt"ın futbolçusu Vüsal İsgəndərli oyundan sonra öz texniki zonasında olan oturacaqları qəsdən sındırdığına görə 1 oyun cəzalandırılıb, klubu 2400 manat cərimə edilib. Stadiona dəymiş ziyan "Sumqayıt" futbol klubu tərəfindən tam ödəniləcək.
 
"Neftçi" – "Qəbələ" oyununda "Qəbələ"nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Neftçi" klubu 1600 manat cərimə edilib.
 
"Kəpəz" – "Turan Tovuz" matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Kəpəz" klubu 1600 manat cərimə edilib. "Turan Tovuz"un 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
 
"Sabah" – "Qarabağ" matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğu üçün "Sabah" klubu 1600 manat cərimə edilib. "Qarabağ" azarkeşləri tərəfindən 54 ədəd oturacağın sıradan çıxarılmasına görə dəymiş ziyan "Qarabağ" klubu tərəfindən stadiona tam ödəniləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest