25 Noyabr 2022, 13:05
MPL
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Sabah" klubunun şikayətini təmin edib. Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin noyabrın 3-də paytaxt təmsilçisinə verdiyi 4000 manatlıq cərimə ləğv olunub.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 12-ci turunda keçirilmiş "Sabah" - "Qəbələ" (2:1) görüşündə hər iki komandanın azarkeşləri arasında kütləvi intizamsızlıq baş verib, fanatlar iğtişaş törədiklərinə görə klublar ayrı-ayrılıqda 4000 manat cərimə edilmişdi.