Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XV tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günün bir qarşılaşma baş tutub.

29 xalla üçüncü pillədə qərarlaşan "Neftçi" 10 xalla yeddinci sırada olan "Səbail"i qəbul edib.

"Neftçi" Premyer Liqadakı son 9 görüşdə rəqibinə qalib gəlmişdi. "Səbail" isə ardıcıl 13 matçda qələbə qazana bilməmişdi. Dörd qolun qeydə alındığı bu oyunda da meydan sahibləri inamlı qələbə qazanıblar.

XV turun "Şamaxı" - "Kəpəz" və "Qarabağ" - "Zirə" oyunları noyabrın 28-də, "Turan Tovuz" - "Sabah", "Sumqayıt" - "Qəbələ" görüşləri isə noyabrın 29-da keçiriləcək.

Azərbaycan Premyer Liqası
XV tur
27 noyabr

"Neftçi" – "Səbail" 3:1
Qol: E.Mahmudov, 27; 51-pen; 77-pen - R.Məhərrəmli, 63.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Cavid Cəlilov.
Bakı. "Bakcell Arena".

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 4. Solomon Kverkveliya, 3. Mamadu Mbodj, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval, 16. Gilyerme Pato.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 26. ömər Buludov, 2. Mert çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 51. David Orucov, 91. Ağadadaş Salyanskiy, 92. ömər Qurbanov, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
Səbail: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 4. Maksim çex.
Baş məşqçi: Mahmud Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest