"Neftçi"nin baş məşçqisi Laurentsiu Regekampf Premyer Liqanın 15-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, rumıniyalı baş məşqçi 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"çox pozitiv anlar yaşadıq. Oyuna yaxşı başladıq. İlk hissə nəzarətimizdə idi. Bəzi epizodlarda özümüzə inanırdıq. Elə epizodlar var idi ki, tempi dəyişməliydik. İkinci hissədə növbəti dəfə fərqlənə bildik. Sonra növbəti 10 dəqiqə çətin oldu. Qapımızda qol gördük. 10 dəqiqə ərzində heç nə edə bilmədik. Bununla da rəqibə 2-3 şans verdik".
 
O, cinahda futbolçularının səhvlər etdiyini xüsusilə vurğulayıb: "Düzdür, "Qarabağ" belə səhvləri bağışlamayacaq. Eyni zamanda, oyunçularımız da yaxşı oynayacaqlar. Onlar belə səhvlər etməməlidirlər. Azər Salahlı millinin düşərgəsində idi, bəzi oyunçular komandada ümumən məşq edə bilmədilər. Sabahdan növbəti matça köklənəcəyik. Oyunçularıma güvənirəm".
 
47 yaşlı baş məşqçi 16-cı turda "Qarabağ"a qarşı oyundan da danışıb: "Şanslar hər zaman bərabər olur. Hazır olmalıyıq. Gücümüzə, özümüzə inanmalıyıq. Qələbə qazanmaq üçün imkanlarımız ola bilər".
 
Regekampf "Neftçi"nin heyətində ilk oyununa çıxan Ağadadaş Salyanski barədə fikir bildirib:
 
"Gəncdir. Bəyənirəm, klubun gələcəyidir. çalışıram əvəzedici komandadan futbolçuları əsas heyətə dəvət edim. Belə olduğu halda onların özlərinə inamı artır. Lakin onlar daha çox işləməlidir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest