"Səbail"in baş məşçqisi Mahmud Qurbanov Premyer Liqanın 15-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, oyunun birinci hissəsində yaxşı oynamadıqlarını deyib

"Səbail"in baş məşçqisi Mahmud Qurbanov Premyer Liqanın 15-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, oyunun birinci hissəsində yaxşı oynamadıqlarını deyib:
 
"Bu il ilk dəfə 5 müdafiəçi ilə oyuna çıxdıq. Əks-hücumlara inanırdıq. İlk hissə yaxşı alınmadı. İkinci hissədə 4-lü müdafiəyə qayıtdıq. Daha yaxşı mübarizə apardıq və bir qol vurduq. Hesabı bərabərləşdirmək üçün şanslarımız çox oldu".
 
Mahmud Qurbanov "Neftçi"nin istifadə etdiyi ikinci penalti zərbəsi haqda fikir bildirib:
 
"Oyunun dönüş nöqtəsi ikinci penalti idi. "Neftçi" çempionluğa oynayır. Biz onlardan fərqli olaraq, çempionluğa oynamırıq. Penalti olmasaydı, geridönüş edə bilərdik. Amma bu, bəhanə kimi hesab edilməsin".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest