Xatırladaq ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb. Hadisə nəticəsində Tovuz rayonunun Böyük Qışlaq kəndindən olan 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub. Onun 3 övladı yadigar qalıb.

Misli Premyer Liqasının XVII turu çərçivəsində bu gün keçiriləcək "Turan Tovuz" – "Neftçi" oyunu bir dəqiqəlik sükutla başlayacaq. Matc.az xəbər verir ki, Tovuz şəhər stadionunda həm bir neçə gün öncə Bakı-Quba yolunda avtomobil qəzasında dünyasını dəyişmiş "Neftçi TV"-nin əməkdaşı Elvin Rüstəmovun, həm də ötən gecə Kəlbəcərdə minaya düşərək şəhid olan Zöhrab Hümbətovun xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.
 
Xatırladaq ki, dekabrın 14-də Kəlbəcər rayonunun çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb. Hadisə nəticəsində Tovuz rayonunun Böyük Qışlaq kəndindən olan 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub. Onun 3 övladı yadigar qalıb.
 
"Turan Tovuz" – "Neftçi" matçına bu gün saat 14:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest