15 Dekabr 2022, 17:12
MPL
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 17-ci turunun "Turan Tovuz"la səfər matçından (1:0) sonra açıqlama verib. Matc.az xəbər verir ki, rumıniyalı mütəxəssis Tovuz stadionunun qazonundan şikayətlənib:
"Bilirdik ki, asan olmayacaq. Yaxşı infrastruktur yaradılıb, azarkeşlər gəlir. Amma meydança yaxşı deyil, dəyişdirilsə, daha yaxşı olar. Tovuzun çox yaxşı komandası var. Onlar daha yaxşı meydançaya layiqdir. Belə görüşlərə hazırlaşmaq çətin olur. Biz təbii otda hazırlıq keçirik, sonra gəlib süni örtükdə oynayanda çətinlik yaranır.
İlk yarıdan sonra Fərid Yusiflini itirdik. O, toqquşma anında zədələndi. Futbolçular süni meydanda yüz faiz gücünü qoymağa qorxurdu. Bizə üç xal lazım idi".