23 Dekabr 2022, 18:58
MPL
"Neftçi"nin baş məşqçisi Lautentsiu Regekampf Premyer Liqanın 18-ci turu çərçivəsində "Şamaxı"ya qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib
"Neftçi"nin baş məşqçisi Lautentsiu Regekampf Premyer Liqanın 18-ci turu çərçivəsində "Şamaxı"ya qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Zirə"yə qarşı kubok oyunundan sonra komandada yorğunluq var idi. Bu da normaldır. Yaxşı oyun oldu, 3 xal qazandıq. Bu görüş bizim üçün çox vacib idi. Qələbəyə görə çox sevinirəm. Uşaqlar mübarizə apardılar və qələbə qazandıq".
47 yaşlı mütəxəssis yaranan qış fasiləsindən sonra daha güclü olacaqlarına inanır: "ümid edirəm ki, qış fasiləsi bizə təsir etməz. Əksinə, bu cür matçdan sonra 10 günlük istirahət lazımdır ki, hamı ailəsi ilə vaxt keçirsin. Daha yaxşı qayıtmalıyıq. İnanıram ki, toplanışdan sonra daha güclü "Neftçi" olacaq. Açar oyunçularımız zədəlidir. Onların dönüşü və yeni gələnlərlə daha yaxşı olacağıq. üçüncü yerlə qane ola bilmərəm. Məqsədimiz ilk pillələrdə olmaqdır".
O, yanvarda az sayda oyunçu alacaqlarını deyib: "Hansı mövqedə güclənməliyiksə, ora oyunçu gətirəcəyik. 3-4 nəfərdən çox futbolçu dəyişmək olmur. Hər yeni gələnin davamlılığa ehtiyacı var. Komandanın gücünə güc qatmağa çalışmalıyıq. Oyunçu sayını artırmaq üçün transfer etməyəcəyik. Rəhbərliklə transfer məsələlərini analiz edirik. Həmçinin, maliyyə baxımdan Müşahidə Şurası ilə danışırıq. Bizdən birdən-birə 10 oyunçu dəyişməyi gözləməyin".
çalışdırıcı hücumçu Qodsvey Donyonun çıxışını da dəyərləndirib: "Donyo yeni oyunçudur, komandaya yayda qoşulub. Onun keyfiyyətinə bələdik. Uyğunlaşması üçün zamana ehtiyacı var. Bizimlə müqaviləsi davam edir. Donyo yaxşı futbolçudur".