Türkiyədə Avropa çempionatına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışında olan Azərbaycanın basketbolçu qızlardan ibarət U-16 millisi ilk yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, milli komandamız yerli "Etimesgut Bələdiyyəsi" ilə qarşılaşıb.
 
Azərbaycan basketbolçuları parketdən 81:62 hesabı ilə qalib ayrılıblar. Komandamızın ən məhsuldar basketbolçusu 33 xalla Angelina İsmayılova olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest