17 Mart 2023, 10:32
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
	"Qarabağ"la "Qalatasaray" arasında keçiriləcək xeyriyyə oyununun hakimi müəyyənləşib. Matc.az saytının məlumatına görə, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı Əliyar Ağayev idarə edəcək.
	Düzdü, Ağayevin AVRO-2024-ün seçmə qrup mərhələsinə də təyinat alacağı, martın 24-də baş tutacaq matçlardan birini idarə edəcəyi gözlənilir. Ertəsi gün Bakıya qayıdacaq FIFA referisi dərhal "Qarabağ" - "Qalatasaray" qarşılaşmasına hazırlaşacaq.
	Qeyd edək ki, Azərbaycan və Türkiyə çempionatının liderlərinin dueli saat 20:00-da başlayacaq. Qarşılaşmanın bilet satışından əldə ediləcək gəlir Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.

            
 










_1762260863.jpg)