2023-24 mövsümündə Azərbaycanı Konfrans Liqasında təmsil edəcək "Neftçi", "Sabah" və üçüncü iştirakçının ("Qəbələ" və ya "Zirə") daha bir neçə potensial rəqibi bəlli olub. Matc.az xəbər verir ki, "Sabah" və hələ müəyyənləşməyən üçüncü təmsilçimiz püşkatma zamanı səpələnməmişlərdə yer alacağından, daha güclü komandalarla qarşılaşacaqlar.
 
Son olaraq onların potensial rəqibləri sırasına "Gent" (Belçika), APOEL (Nikosiya, Kipr), "Beşiktaş" (Türkiyə), "Riyeka" (Xorvatiya) və "Styaua" (Rumıniya) da qoşulub.
 
Səpələnmişlərdə qərarlaşan "Neftçi"nin isə mümkün rəqibi sırasına "Keçkemet" (Macarıstan), "Boraç" (Bosniya və Herseqovina) və "çelye" (Sloveniya) əlavə olunub.
 
UEFA Konfrans Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər: "Düdelanj" (Lüksemburq), "Riqa" (Latviya), "Maribor" (Sloveniya), "Şkendiya" (Şimali Makedoniya), "Linfild" (Şimali İrlandiya), "Vaduts" (Lixtenşteyn), "Dunayska" (Slovakiya), "Dandolk" (İrlandiya), "Alaşkert" (Ermənistan), "Şkupi" (Şimali Makedoniya), "Riqa" (Latviya), "Tobol" (Qazaxıstan), "B36 Torshavn" (Farer adaları), "Drita" (Kosovo), "Qzira Yunayted" (Malta), "Levadiya" (Estoniya), "Konnas" (Uels), "HB Torshavn" (Farer adaları), "Europa" (Cəbəllütariq), "Domjale" (Sloveniya), "Santa-Koloma" (Andorra)
Səpələnməmişlər: "Sent-Patriks" (İrlandiya), "Vikinqur" (Farer adaları), "Derri Siti" (İrlandiya), "Makedoniya" (Şimali Makedoniya), "Panevezis" (Litva), "Honka" (Finlandiya), "Baltsan" (Malta), "Zimbru" (Moldova), "Haka" (Finlandiya), "Dila" (Gürcüstan), "Birkirkara" (Malta), "Qlentoran" (Şimali İrlandiya), "Heqelmann" (Litva), "İsloç (Belarus), "Akureyri" (İslandiya), "Eqnatia" (Albaniya), "Penibont" (Uels), "Xaverforduest Kaunti" (Uels), "Meqpays" (Cəbəllütariq), "Kosmos" (San-Marino)
 
Qeyri-müəyyənlər: "Proqres" (Lüksemburq), "Dinamo" (Batumi, Gürcüstan), "İnter Eskaldes" (Andorra), "Kruzaders" (Şimali İrlandiya), "Payde" (Estoniya), "Torpedo" (Kutaisi, Gürcüstan), "Vikinqur" (Reykyavik, İslandiya)
II təsnifat mərhələsi
 
Səpələnmişlər: "Brügge" (Belçika), "Gent" (Belçika), "Makkabi (Təl-Əviv, İsrail), "Viktoriya" (çexiya), "Budo-Qlimt" (Norveç), "Lex" (Polşa), "Hapoel" (Beer-Şeva, İsrail), "Yurqarden" (İsveç), APOEL (Nikosiya, Kipr), "Beşiktaş" (Türkiyə), "Riyeka" (Xorvatiya), "Styaua" (Rumıniya), "Legiya" (Polşa), "Rusenborq" (Norveç), "Spartak" (Trnava, Slovakiya), "KuPS" (Finlandiya), "Neftçi" (Azərbaycan)
Səpələnməmişlər: "Hammarbü" (İsveç), "Kalmar" (İsveç), "Kauno" (Litva), "Poqon" (Polşa), "Zalaeqerseq" (Macarıstan), "Keçkemet" (Macarıstan), "Boraç" (Bosniya və Herseqovina), "Sabah" (Azərbaycan), "Ordabasi" (Qazaxıstan), "Aktobe" (Qazaxıstan), "çelye" (Sloveniya), "Auda" (Latviya)
 
Qeyri-müəyyənlər: "Osiyek" (Xorvatiya), "Aris" (Saloniki, Yunanıstan), "Voyvodina" (Serbiya)
 
Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest