"Sanderlend"in yarımmdafiəçisi Cob Bellingem Almaniyada çıxış edə bilər.

Matc.az Almaniya mətbuatına istinadən xəbər verir ki, "Borussiya" ingiltərəli futbolçunu transfer etmək istəyir.

Dortmund klubunun rəsmiləri danışıqlara aparmaq üçün İngiltərəyə yola düşüb. Transferin təxminən 25 milyon avroya tamamlanacağı gözlənilir.

Qeyd edək ki, Cob Bellingem bu mövsüm "Sanderlend"in heyətində Çempionşipdə keçirdiyi 40 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib. 19 yaşlı futbolçu "Real"da çıxış edən Cud Bellingemin qardaşıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest