"Napoli" İtaliya A seriyasının XXXVI turunda "İnter"i 3:1 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, neapollular bununla ölkə çempionatının bir mövsümündə 19-cu rəqibə qalib gəliblər.
 
Bu nəticə "Napoli" tarixində bir ilk olub. Luçano Spalettinin komandası bu mövsüm 36 oyunun 27-də qələbə qəzanıb, 5-də heç-heçə edib, 4 dəfə məğlub olub.
 
Qeyd edək ki, "Napoli" sona 5 tur qalmış çempionluğu təmin edərək, 33 ildən sonra A seriyasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest