"Bavariya" baş məşqçisi Tomas Tuxeli istefaya göndərmək fikrində deyil. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Florian Plettenberq özünün tvitter səhifəsində yazıb.
 
Onun sözlərinə görə, almanlar çalışdırıcının gələcəyi ilə bağlı heç bir müzakirə aparmır. Rəhbərliyin mayın 30-da keçiriləcək iclasında bu məsələ müzakirə edilməyəcək. "Bavariya" bu mövsüm heç bir kuboku qazanmasa belə, Tuxel postunda qalacaq.
 
Qeyd edək ki, Tomas Tuxel mövsümün gedişində baş məşqçi vəzifəsində Yulian Naqelsmannı əvəzləyib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest