İspaniya La Liqasının XXXV turunda keçirilən "Valensiya" – "Real" oyununda baş verənlər böyük rezonans doğurub. Matc.az xəbər verir ki, ev sahiblərinin azarkeşinin qonaq komandanın futbolçusu Vinisyus Juniora qarşı irqçi şüar səsləndirməsi ciddi narazılığa yol açıb.
 
Hadisədən narahatlıq keçirən braziliyalı hücumçu artıq İspaniyanı tərk etmək barədə düşünür. "Real"ın prezidenti Florentino Peres isə könlünü almaq üçün onunla təkbətək görüş keçirib, oyunçunu dəstəklədiklərini bildirib.
 
"Valensiya" isə hadisə ilə bağlı bəyanat yayaraq, həmin azarkeşin aşkarlandığını və ona ömürlük stadiona giriş qadağası qoyulduğunu açıqlayıb.
 
Qeyd edək ki, "Valensiya"nın 1:0 hesabı ilə qələbə qazandığı qarşılaşmanın 90+7-ci dəqiqəsində Vinisyus qırmızı vərəqə alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest