Alvaro Morata mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda keçirəcək. Matc.az xəbər verir ki, buna səbəb "Atletiko"nun hücumçunun zədələnməsidi.
 
Ulduz futbolçu La Liqanın XXXV turunda "Osasuna" ilə görüşdə (3:0) zədələndiyi üçün fasilədə əvəzlənib. O, rəqibin müdafiəçisi David Qarsiya ilə toqquşma zamanı boynundan xəsarət alıb. Qarşılaşmadan sonra xəstəxanaya çatdırılan hücumçuya əzilmə diaqnozu qoyulub.
 
Morata "Atletiko"nun son üç turda iştirak etməyəcək. O, "Espanyol", "Real Sosyedad" və "Vilyarreal"a oyunu buraxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest