İtaliya A Seriyasında 37-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, bu gün daha 5 görüş baş tutub.

"Verona" - "Empoli" və "Bolonya" - "Napoli" matçlarında qalib müəyyənləşməyib. "Montsa" evdə "Leççe"yə uduzub. "Latsio" isə "Kremoneze"ni məğlub yola salıb. "Yuventus" da "Milan"la qarşılaşmadan məğlub ayrılıb. Milanlılar bu qələbə sayəsində çempionlar Liqasına vəsiqəni təmin ediblər.

Hazırda "Napoli" 87 xalla vahid liderdir. "Latsio" 71 xalla ikinci, "İnter" 69 xalla üçüncü pillədə qərarlaşıb. "Milan"ın 67, "Atalanta"nın 61, "Roma"nın 60, "Yuventus"un 59 xalı var.

İtaliya A Seriyası
37-ci tur
26 may

Sampdoriya – Sassuolo 2:2
Qol: Qabbyadini, 8. Erliç, 78-öz qapısına - Berardi, 9. M.Enrike, 11.

27 may

Salernitana – Udineze 3:2
Qol: Kastanos, 43. Kandreva, 57. Trost-Ekonq, 90+6 – Zeqelar, 25. Nesterovski, 30.

Spetsiya – Torino 0:4
Qol: Vişnevski, 24-öz qapısına. Riççi, 72. İliç, 76. Karamo, 90+6.

Fiorentina – Roma 2:1
Qol: Yoviç, 85. İkone, 88 – El Şaaravi, 11.

İnter – Atalanta 3:2
Qol: Lukaku, 1. Barella, 3. L.Martines, 77 – Paşaliç, 36. Muriel, 90+1.

28 may

Verona – Empoli 1:1
Qol: Qaiç, 61 – Maqnani, 90+6-öz qapısına.

Bolonya – Napoli 2:2
Qol: Ferquson, 63. De Silvestri, 84 – Osimhen, 14; 54.

Montsa – Leççe 0:1
Qol: Kolombo, 90+11-pen.

Latsio – Kremoneze 3:2
Qol: Hüsay, 4. Milinkoviç-Saviç, 37; 89 – Qaldames, 54. Latsari, 58-öz qapısına.

Yuventus – Milan 0:1
Qol: Jiru, 40.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest