31 Avqust 2023, 17:57
DİGƏR
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, bu dəfə də Azərbaycan şahmatçılarından heç biri ilk "onluq"da yer almayıb.
Hesabında 2745 xal olan Teymur Rəcəbov 14-cü yerdədi. Şəhriyar Məmmədyarovda geriləmə olub. 37 yaşlı qrossmeyster 2734 xalla 16-cı pilləyə düşüb. Bakıdakı Dünya Kubokunda 4-cü olan Nicat Abasov böyük irəliləyiş edərək (2677) 97-ciliyi 59-cu pilləyə dəyişib.
Sıralamaya Dünya Kubokunun qalibi Maqnus Karlsen (2839) liderlik edir. ABŞ təmsilçilərindən Fabiano Karuana (2786) ikinci, Hikaru Nakamura (2780) üçüncüdü.
Qadın şahmatçıların reytinq cədvəlində Günay Məmmədzadə 29-cu (2441), ülviyyə Fətəliyeva 63-cü (2387), Gövhər Beydullayeva 68-ci (2383) pillədə qərarlaşıblar. çinli Hou Yifan (2628) reytinqə başçılıq edir.