PSJ-nin hücumçusu Kilian Mbappenin Liqa 1-in 6-cı turunda "Marsel"lə matçda aldığı zədə hələ də sağalmayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransalı oyunçu fərdi plan əsasında məşqlərini davam etdirir. Mbappe "Marsel" ilə görüşdə sol diz qapağını zədələyib. Klub futbolçunun sağalmasının dəqiq vaxtını açıqlamayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest