"Napoli"  hücumçusu Viktor Osimhenlə olan qalmaqalla bağlı açıqlama yayıb.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Osimhen və "Napoli" arasında münaqişə mətbuat xidmətinin "Tiktok"da forvardın əvvəlcə hakimdən uşaq səsi ilə penalti üçün yalvardığı, sonra isə onu qəbul etmədiyi videonu gördükdən sonra baş verib. Bundan qısa müddət sonra oyunçunun vəkili "Napoli"ni məhkəmə ilə hədələyib və Osimhen sosial şəbəkələrdə demək olar ki, bütün klubla bağlı paylaşımlarını silib. Hətta otelə gələndə komanda yoldaşlarına salam da verməyib. "Napoli" bu mövzuda hər hansı yalnış anlamağa yol verməmək üçün heç vaxt klubun futbolçusu Viktor Osimheni təhqir etmək və ya ələ salmaq niyyətində olmadığını açıqlayıb. Bunu nümayiş etdirmək üçün yay tətilində klub hücumçunu xaricə transfer etmək üçün gələn bütün təklifləri qətiyyətlə rədd edib. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest