29 Sentyabr 2023, 09:09
FUTBOL
Paris klubu hücumçusu Kilian Mbappeni yeni müqaviləyə razı sala bilməsə, zaman Halandla danışığa başlayacaq. Fransızlar 23 yaşlı oyunçunun bütün şərtlərini qəbul etməyə hazırdı. Hətta bununla bağlı Halandın meneceri də məlumatlandırılıb.
"Mançester Siti"nin hücumçusu Erlinq Haland karyerasını Fransada davam etdirə bilər. Matc.az xəbər verir ki, PSJ Norveç millisinin üzvünə göz dikib.
Paris klubu hücumçusu Kilian Mbappeni yeni müqaviləyə razı sala bilməsə, zaman Halandla danışığa başlayacaq. Fransızlar 23 yaşlı oyunçunun bütün şərtlərini qəbul etməyə hazırdı. Hətta bununla bağlı Halandın meneceri də məlumatlandırılıb.
Qeyd edək ki, Erlinq Haland ötən ildən "Mançester Siti"də çıxış edir. Onun "şəhərlilər"lə sözləşməsi 2027-ci ilə qədərdi. Mbappenin PSJ ilə müqaviləsi isə mövsümün sonunda başa çatacaq.