"Mançester Yunayted"in hücumçusu Antoni klubla məşqlərə qayıdıb.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Futbolçu növbəti görüşdə meydana çıxa bilər. 23 yaşlı oyunçu zorakılıqda ittiham olunduğu üçün bir müddət komandadan ayrı qalıb. ötən həftə qızlardan birinin iddiasını geri götürdüyü məlum olub . Bununla bağlı Mançester təmsilçisi paylaşım edib: "İddialar ilk dəfə iyun ayında edilib. Antoni həm Braziliyada, həm də Böyük Britaniyada polis məmurları ilə əməkdaşlıq edib. Bu hələ də davam edir. "Mançester Yunayted" qərar verdi ki, o, məşqlərə davam etsin və polis araşdırması davam edərkən hər nəticə üçün hazır olsun. Antoni futbol oynayarkən bu mövzu da nəzarətdə saxlanılacaq. Klub olaraq biz zorakılıq və sui-istifadə hallarını pisləyirik. Biz bu vəziyyətdə iştirak edən hər kəsin qorunmasının vacibliyini qəbul edirik və bu iddiaların zorakılıqdan sağ qalanlara təsirini tanıyırıq" .

Qeyd edək ki, "Mançester Yunayted"in növbəti oyunu sentyabrın 30-da "Kristal Pelas"a qarşı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest