Fransanın sabiq futbolçusu Klod Makelele 2019-cu ildən çalışdığı "çelsi"ni tərk edib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 50 yaşlı Makelele London klubunun akademiyasında texniki mentor vəzifəsində çalışıb, ayrı-ayrı gənc oyunçular və icarəyə götürülən oyunçularla işləyirdi. Klod bununla bağlı şəxsi sosial hesabında paylaşım edib: "4 məhsuldar ildən sonra "çelsi" ilə qarşılıqlı olaraq qərara gəldik ki, mənim üçün yeni bir məqsəd axtarmağın vaxtı çatıb. Azarkeşlərə sevgilərinə görə təşəkkür etmək istəyirəm. Mavi hər zaman ürəyimin rəngi olaraq qalacaq".

Qeyd edək ki, Makelele 2003-2008-ci illərdə "çelsi"də futbolçu kimi çıxış edib, "Mavilər"in heyətində 200-dən çox oyun keçirib, iki dəfə İngiltərə çempionu olub, İngiltərə Kubokunu, Liqa Kubokunu (iki dəfə) və İngiltərə Super Kubokunu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest