29 Sentyabr 2023, 20:10
FUTBOL
Kamerun Futbol Federasiyası oktyabrın 10-da növbədənkənar ümumi yığıncaq keçirəcək.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Federasiyanın yığıncağında müzakirə olunacaq gündəlik sonra açıqlanacaq. Təşkilat bütün iştirakçıları iştirak etməyə çağırıb. Bundan əvvəl Kamerun Futbol Federasiyası açıq məktub dərc edərək FİFA prezidenti Canni İnfantinonu Etonu tutduğu vəzifədən uzaqlaşdırmağa çağırıb. KİV-in məlumatına görə, Eto korrupsiyada, danışılmış oyunlar təşkil etməkdə və maliyyə vəsaitlərini mənimsəməkdə ittiham olunur.