"Nyukasl"ın sol cinah oyunçusu Harvi Barnes dizindən aldığı zədə səbəbindən 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Matc.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Eddi Hou yerli mətbuata açıqlama verib: "O, 3 ay komanda ilə oynaya bilməyəcək. Heç bir əməliyyat tələb olunmur. Bu isə yaxşı xəbərdir".

25 yaşlı futbolçu Premyer Liqanın 6-cı turunun "Nyukasl" - "Şeffild Yunayted" matçının əvvəlində (8:0) zədələnib . Barnes keçən yay 44 milyon avroya "Lester"dən "Nyukasl"a keçib. Bu mövsüm 7 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest