Jerom Boatenq sabiq klubu "Bavariya"ya qayıda bilər. Matc.az xəbər verir ki, bu barədə "Sky Sport Deutschland" məlumat yayıb.
Xəbərə görə, 35 yaşlı müdafiəçi artıq tibbi yoxlanışın ilkin mərhələsindən keçib. Azad agent olan futbolçu ilə müddəti mövsümün sonuna qədər olan sözləşmə imzalanacaq.
Qeyd edək ki, Boatenq 2011-2021-ci illərdə "Bavariya"da çıxış edib. O, son iki ili "Lion"da keçirib.