"Arsenal"ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 7-ci turunun matçında "Bornmut"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Bukayo Saka və Qabriel Jezusun hazırlıqlarına şübhə ilə yanaşdığını bildirib .

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. "Topçular" rəqibini məğlub etdikdən sonra turnir cədvəlində üçüncü pilləyə yüksəlib. Saka görüşdə möhtəşəm qolla da yadda qalıb. Lakin ingilis 76-cı dəqiqədə ayağından aldığı zərbədən sonra əvəzlənib. 22 yaşlı futbolçu meydandan kənara axsayan halda görüntülənib. Oyundan sonra Arteta, Sakanın zədəsinin ciddi olmadığını, ancaq keçən həftə sonu ayağından aldığı zədə ilə eyni yerdə olmadığını söyləyib. "Arsenal"ın baş məşqçisi bunu nareahatedici durum adlandırıb. Hər iki futbolçuya dəqiq diaqnoz qoyulması üçün ikili müayinədən keçməli olduğu vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest