01 Oktyabr 2023, 20:38
FUTBOL
İtaliya çempionatının 7-ci turunun matçında "İnter" səfərdə "Salernitana"nı darmadağın edib - 4:0.
Matc.az xəbər verir ki, dörd qolun hamısının müəllifi 54-cü dəqiqədə əvəzedici kimi meydana çıxan "İnter"in hücumçusu Lautaro Martines olub . Argentinalı ilk yeddi turda vurduğu qolların sayını 9-a çatdırıb. Martinezdən əvvəl yalnız iki "İnter" futbolçusu mövsümün əvvəlində belə təsiredici performans nümayiş etdirə bilib. Bunlar Antonio Angelillo (1958/59 mövsümündə 7 turda 14 qol) və Roberto Boninsegnedır (7 turda 9 qol). 1973 mövsümü).