02 Oktyabr 2023, 11:37
FUTBOL
Azərbaycan Premyer Liqasının VIII turunda "Araz-Naxçıvan"la keçirilən oyun "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub. Matc.az xəbər verir ki, gənc mütəxəssis ölkə çempionatlarında baş məşqçi kimi 100-cü görüşünə çıxıb.
41 yaşlı çalışdırıcı bu qarşılaşmaların hamısını "Zirə"nin sükanı arxasında keçirib. Lakin o, yubiley görüşündə 0:1 hesablı məğlubiyyətə üzülüb.
Rəşad Sadıqov 2020-ci ilin yayından "Zirə"yə başçılıq edir. Onun rəhbərliyi altında komanda 2020-21 və 2021-22 mövsümlərinin hərəsində 28, ötən mövsüm 36 oyuna çıxıb. Cari mövsüm isə qəsəbə təmsilçisi 8 görüşdə iştirak edib.
Sadıqovlu "Zirə" indiyə qədər 39 dəfə qələbə qazanıbsa, 27 görüşdə meydanı məğlub tərk edib, 34 qarşılaşmada isə sülhlə razılaşıb.
Qeyd edək ki, Rəşad Sadıqov Azərbaycan çempionatları tarixində ən azı 100 oyunda baş məşqçi olan 30-cu məşqçidi.