24 yaşlı forvard "Srvena Zvezda"nın maraq dairəsinə düşüb. Belqrad təmsilçisi Dadaşovun oyunlarını diqqət mərkəzində saxlayır. Hətta klubun skautlarının qarşıdakı matçları izləməsi də nəzərdə tutulub.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov yenidən komandasını dəyişə bilər. Matc.az saytı xəbər verir ki, hazırda "Hatayspor"da icarə əsasında çıxış edən forvardın Serbiyaya köçmək variantı gündəmdədir.
 
24 yaşlı forvard "Srvena Zvezda"nın maraq dairəsinə düşüb. Belqrad təmsilçisi Dadaşovun oyunlarını diqqət mərkəzində saxlayır. Hətta klubun skautlarının qarşıdakı matçları izləməsi də nəzərdə tutulub.
 
Əgər "Hatayspor" mövsümün sonuna qədər icarəyə götürdüyü oyunçunu birdəfəlik transfer etmək hüququndan yararlanmasa, o zaman "SrvenaZvezda" Renatın müqavilə ilə məxsus olduğu "Qrasshoppers"lə danışıqlara başlayacaq.
 
Qeyd edək ki, hücumçunun İsveçrə klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest