"İnter" rəhbərliyi Messiyə söz verdi.

Matc.az xəbər verir ki, Mayami təmsilçisinin prezidenti və həmsahibi Xorxe Mas bildirib ki, klubu Lionel Messiyə keçmiş komandası ilə vidalaşmaq imkanı vermək üçün "Barselona" ilə yoldaşlıq oyunu keçirmək istəyir. O, bununla bağlı  yerli mətbuata açıqlama verib:

"Mən həmişə Messi ilə müqavilə bağlamaq arzusunda idim. Baxmayaraq ki, hamı məni dəli adlandırırdı. 2019-cu ildə Messi ilə görüşdük. Devid Bekhemlə birlikdə üç saat ərzində ona planımızı izah etdik. Dedim ki, ABŞ-da futbol tarixi üç tarixlə bağlıdır. 1972-ci ildə Pelenin gəlişi, Bekhemin Los-Ancelesə gəlişi, Messinin Mayamiyə gəlişi. Mən Messi ilə 4,5 il əlaqə saxladım və heç vaxt inamımı itirmədim. Messi "Barselona"dan ayrılmasından narazı qalıb. Onun "Barselona" ilə vidalaşmağa vaxtı olmayıb. Vəziyyətlər Lionelin xeyrinə deyildi. Mən ona söz verdim ki, bu işi bağlamağa imkan vermək üçün əlimdən gələni edəcəyəm. "İnter" bunun üçün xüsusi bir matç keçirəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest