"çelsi"nin əfsanəsi Frenk Lempard London klubunun hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, bu barədə Lempard yerli mətbuata açıqlama verib: "çelsi"nin bu mövsümün əvvəlindəki çətinlikləri məni təəccübləndirmir. çünki keçən mövsümün sonunda özüm bunları yaşamışam. Mən elə bir kluba gəldim ki, səkkiz ay ərzində "çelsi"də heç vaxt gözləmədiyiniz nəticələr göstərildi. Baxmayaraq ki, mənim şəxsi fikrimcə, klubda çox güclü mütəxəssislər var - Tomas Tuxel və Qraham Potter. "çelsi"də işləyərkən qalib gəlməsəniz, bu, əsəbiliyi daha da artırır. Klub ayağa qalxır. Mən bu hisslə yaşayıb, işləmişəm. Düşünürəm ki, klub rəhbərliyi vəziyyətə təsir etmək istəyir. Artıq böyük dəyişikliklər olub. Amma futbolda sehrli çubuq yoxdur və Premyer Liqa ən rəqabətli turnirdir. Mən xal baxımından daha çoxunu gözləyirdim və inanıram ki, daha yaxşı nəticələr olacaq".
Qeyd edək ki, London klubu 7 oyunda 8 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində 11-ci yerdədir.