UEFA-nın birinci vitse-prezidenti və İsveç Futbol Assosiasiyasının (SvFF) rəhbəri Karl-Erik Nilsson Rusiyanın neytral vəziyyətdə beynəlxalq yarışlara buraxılması ilə bağlı təklifinə münasibət bildirib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Rusiyanın gənclərdən ibarət komandalarının turnirlərdə iştirakına icazə verilməsi qərarı bir sıra milli futbol federasiyaları tərəfindən boykotla qarşılanıb. Karl-Erik Nilsson bu barədə açıqlama verib: "Düşünürəm ki, UEFA Rusiyanın böyüklər səviyyəsində beynəlxalq yarışlarda iştirakına icazə verməməklə düzgün iş görür. Amma mən əminəm ki, uşaqlara xüsusi şərait yaradılmalıdır. Mən mövqe müdafiə etdim ki, UEFA Uşaq Hüquqları Konvensiyası əsasında rusiyalı uşaq və gənclərin beynəlxalq turnirlərə buraxılması variantlarını nəzərdən keçirməlidir. Təəssüf edirəm ki, mənim mövqeyim başqa cür qəbul edildi. Mən məsələ ilə bağlı ümumi mövqeyə sadiqəm. Mən başa düşdüyümə görə, UEFA hələ də mövcud qadağanın uşaqların maraqlarına nə dərəcədə uyğun olduğunu qiymətləndirmək istəyir. Uşaqların bu vəziyyətdə əlverişsiz vəziyyətə düşmə riskini aradan qaldırmalıyıq. Biz onları böyüklər tərəfindən törədilən zorakılıq aktlarına görə cəzalandırmamalıyıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest