"Mançester Yunayted"in cinah oyunçusu Ceydon Sançonun qış transfer pəncərəsində klubu tərk etmə ehtimalı yüksəkdir.

Matc.az xəbər verir ki, Mançester təmsilçisinin baş məşqçisi Erik ten Haq futbolçunun məşqdə kifayət qədər işləmədiyi üçün matçlardan birində heyətə daxil edilməməsinin səbəbini açıqlayıb. Daha sonra onu yalan danışmaqda günahlandıran Sanço əsas komandadan uzaqlaşdırılıb. Klub Sançonun davranışına görə üzr istəməli olduğunu israr edir, lakin ingilis hələ bunu etməyib. Sanço yanvarda klubdan ayrılmağı planlaşdırır. Futbolçunun xarici kluba icarəyə verilməsi daha çox ehtimal olunur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest