Premyer Liqanın 7-ci turunun matçında "çelsi" "Fulhem"i 2:0 hesabı ilə məğlub edib .
 
Matc.az xəbər verir ki, London klubu 2021-ci ilin mayından bəri ilk dəfə cədvəldə daha yüksək olan komandanı məğlub edib."çelsi"nin bu uğursuz seriyası 18 matç davam edib və bu müddət ərzində londonlular daha güclü komandalardan 13 məğlubiyyət alıb.
 
Qeyd edək ki, bu qələbə sayəsində "çelsi" Premyer Liqa cədvəlində 11-ci, "Fulhem" 13-cü pilləyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest