03 Oktyabr 2023, 23:40
FUTBOL
"Əl-Hilal"ın hücumçusu Neymar debüt qolunu vurub.
Matc.az xəbər verir ki, braziliyalı "Əl-Hilal"ın heyətində ilk qolunu Asiya çempionlar Liqasının qrup mərhələsində İranın "Nassaji Mazandaran" komandasına qarşı dueldə vurub.Neymar səfərdə 58-ci dəqiqədə hesabı 2:0-a çatdırıb. Səudiyyə Ərəbistanı klubunun heyətində ilk qolunu vurmaq üçün 31 yaşlı forvard beş oyun keçirib.
Qeyd edək ki, görüş "Əl-Hilal"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.