"Liverpul"un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 7-ci turunda "Tottenhem"lə oyunu haqda danışıb.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Həmin görüşdə "Liverpul" 1:2 hesabı ilə uduzub və oyun zamanı hakimlər Luis Diazın oyundankənar vəziyyətə düşdüyü iddiası ilə onun qolunu ədalətsiz olaraq rədd ediblər. Həmin oyunda işləyən hakimlər arasında VAR-da səsli söhbətlər dərc edildikdən sonra məlum oldu ki, onlar qolu saydığını düşünərək, baş hakimə xəta barədə işarə verməyiblər və hakimin qərarını təsdiqləyiblər. çalışdırıcı bununla bağlı yerli mətbuata açıqlama verib: "Bu səs yazısı heç nəyi dəyişmir. Bu, aşkar səhvdir. Hesab edirəm ki, bunun üçün müəyyən həll yolları olmalıdır. Düşünürəm ki, təkrar oyun keçirilməlidir.  Buna qarşı arqument o olardı ki, bu, belə qərarların bütöv bir dalğasının başlanğıcı ola bilər. Mən pis və çətin qərarlara öyrəşmişəm, amma heç vaxt belə bir şey olmayıb və buna görə də mən təkrarı düzgün qərar hesab edirəm"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest