04 Oktyabr 2023, 20:30
FUTBOL
"çelsi"nin kapitanı Ris Ceyms hakimi təhqir etdiyi üçün cəzalandırılıb.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Futbolçu Premyer Liqanın 6-cı turunun "Aston Villa" ilə görüşündə (0:1) rəsmi şəxslərin ünvanına təhqiramiz ifadələr işlətməkdə təqsirli bilinib. Ceymsin özü bud nahiyəsindən zədələndiyi üçün oyunda iştirak etməyib. Amma o, stadionda olub. O, matçdan sonra tribunada hakim Jarred Gilletti söyüb. FA Ceymsi 1 oyunluq cəzalandırıb və oyunçunu 90 min funt sterlinq cərimələyib. Futbolçu Premyer Liqanın 8-ci turunun oktyabrın 7-də "Bernli" ilə keçiriləcək oyunu buraxacaq.