FİFA-2030 Dünya Kuboku üç qitənin altı ölkəsində keçiriləcək.
 
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Turnirə İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək. Lakin ilk üç oyun Uruqvay, Argentina və Paraqvayda keçiriləcək. FİFA tarixdə 1930-cu ildə Uruqvayda baş tutan ilk Dünya çempionatının yüzilliyini belə qeyd edəcək.
 
Qeyd edək ki, 2030-cu ilin ev sahibləri gələn il FİFA Konqresi tərəfindən rəsmi olaraq təyin olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest