Türkiyənin aparıcı klubları yay transfer dönəmində "Spartak"ın yarımmüdafiəçisi Anton Zinkovski ilə maraqlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. "Spartak" 27 yaşlı futbolçunu satmaqdan imtina edib. Ona görə də, moskvalılar təklifləri nəzərə almayıblar. Yarımmüdafiəçi üçün "Fənərbaxça", "Beşiktaş" və "Trabzonspor" mübarizə aparıb. Futbolçu 2022-ci ilin yayında "Krılya Sovetov"dan "Spartak"a keçib. Sonra moskvalılar oyunçu üçün 3,2 milyon avro ödəyib. Antonun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest