"İnter"in baş məşqçisi Xerardo Martino Lionel Messinin hələ mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyi ilə bağlı sualı cavablandırıb .

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Mayami klubunun MLS-in normal mövsümündə daha üç oyunu var . 36 yaşlı argentinalı əzələ yorğunluğuna görə klubun əvvəlki 4 oyununu buraxmışdı. çalışdırıcı bu haqda açıqlama verib:

"Düşünürəm ki, Messi yenidən oynamağa yaxındır. Dediyim kimi, oynamağa hazır olub-olmadığını görmək üçün cümə axşamı və cümə günü onun vəziyyətini qiymətləndirəcəyik. Ən əsası zədənin bitməsi və getdikcə daha yaxşı formada olması önəmlidir bizim üçün. Ən düzgün qərarı növbəti oyuna qədər verəcəyik. "Barselona", PSJ və Argentina millisi kimi biz də dünyanın ən yaxşı oyunçusunu əldən vermək istəmirik. Başqa cür necə ola bilərdi? Qalib gələndə belə, onun üçün darıxırıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest