"Nyukasl"ın və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Kieran Dayer qaraciyər transplantasiyası əməliyyatı keçirib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Dyer 2013-cü ildə oynamağı dayandırıb. Altı il sonra ona xroniki qaraciyər xəstəliyi olan birincili sklerozan xolangit diaqnozu qoyulub. Dayerin sözlərinə görə, bu xəstəliyin müalicəsi yoxdur və o, yalnız transplantasiyaya razı ola bilərdi. Futbolçu bu haqda açıqlama verib:

"Birinci gündən mən transplantasiyaya ehtiyacım olacağını bilirdim. üç ay əvvəl Kembricdəki xəstəxanaya yerləşdirildim. İki həftə əvvəl yeni qaraciyər almağım və təcili transplantasiya olunmağımla bağlı həyatı dəyişdirən xəbər aldım. Mən bu səhər xəstəxanadan çıxdım".

Qeyd edək ki, Dayer futbolçu kimi "Nyukasl"da 250, İngiltərə millisində isə 33 oyun keçirib. 2002-ci il dünya və 2004-cü il Avropa çempionatlarında iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest