Macarıstan Futbol Federasiyası UEFA-nın Rusiyadan olan gənclərdən ibarət komandaların beynəlxalq yarışlarda iştirakına icazə verməsi ilə bağlı bəyanat yayıb .
 
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Macarıstan bu qərara hörmət etdiyini bildirib: "Macarıstan Futbol Federasiyası, UEFA-nın üzvü kimi, UEFA-nın bütün qərarlarına və qaydalarına həmişə hörmət edir və onlara əməl edir". Sentyabrın 26-da UEFA İcraiyyə Komitəsi Rusiyanın 17 yaşadək futbolçulardan ibarət yığmalarına öz yarışlarında iştirak etməyə icazə verib. Rusiya komandalarının bütün oyunları Rusiya ərazisində deyil, ölkənin bayrağı, himni, milli oyun forması olmadan keçirilməlidir. Oktyabrın 4-də FİFA şurası da eyni qərara əməl edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest